AZ EN

Sumqayıt Dünya məktəbinin şagirdi tanınmış universitetlərə qəbul olub.

05 Apr 2024 | Sumqayit

Mehrab Əlizadə “University of Hong Kong” və “Charles University in Prague” təhsil ocaqlarının Kompüter elmləri ixtisasını seçib.

1911-ci ildə yaradılan Honkonq Universiteti ən nüfuzlu və məhşur universitetlərindən biridir. “QS World University Rankings” reytinqinə əsasən, bu təhsil müəssisəsi 27-cı sıradadır.

Praqa Karl Universiteti isə Çexiyanın ən qədim və nüfuzlu ali məktəblərindən biridir. IV Karl adlı Roma İmperatoru tərəfindən 1348-ci ildə qurulub. Mərkəzi Avropanın ən vacib təhsil və tədqiqat mərkəzlərindən biri olub. Məzunları sırasında Nikola Tesla və Frans Kafka da var.

Mehrab Əlizadə məktəbli illərində də bir sıra akademik uğurlara imza atıb:

- İnformatika üzrə Respublika Fənn Olimpiadası ikincisi;
-Buraxılış imtahanlarında yüksək nəticə göstərərək 9 illik təhsilini qırmızı attestatla bitirib;
- ABŞ-nin Kolumbiya Universitetində keçirilən “Copernicus” Riyaziyyat Olimpiadasının Beynəlxalq mərhələsinin qızıl medalçısı;
- “Sabahın alimləri” müsabiqəsində məktəbin müəllimi prof. Yaşar Hüseynəliyevlə birgə hazırladıqları “Zəlzələlərin öncədən müəyyən edilməsi üçün yeni metod” adlı layihə ilə sərgidə iştirak hüququ qazanıb;
- “BackDrop” Amerika startaplar yarışmasına H.O.P.E. (“Humanitarian Outreach via Progressive Engineering”) layihəsi ilə qatılıb.

Tövsiyələr