Məktəb-Valideyn birliyi
Şagirdlərin məktəb həyatının uğurlu olması üçün məktəblə ailənin birgə işi həlledici amildir. İstər məktəbdaxili, istərsə də sinifdənxaric işlərdə valideynlərin həvəskarlığı, can yandırması və fəal köməyi vacibdir.
Dünya Məktəbində valideynlərlə məktəb arasında əlaqələrin düzgün qurulmasına və hər zaman möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılmış Məktəb-Valideyn Birliyi əlaqələrin tənzimlənməsində aparıcı qüvvədir.
Biz, valideynlər məktəbin fəaliyyət planı ilə tanış olur, ailə ilə məktəbin işini həmahəng etməyə çalışırıq. Müntəzəm olaraq Məktəb-Valideyn Birliyinin toplantıları, valideyn-müəllim görüşləri şagirdlərin akademik fəaliyyətini ətraflı təhlil etmək, məktəbin işi, qayğıları ilə tanış olmaq, nəticədə bütün məsələləri vaxtında, həm də düzgün həll etmək imkanı yaradır.
Valideynlər keçirilən bütün tədbirlərdə fəal iştirak edir, məktəbin həyatında onların iştirakının nə qədər önəmli olduğunu dərk edirlər.
İbrahimov Taleh Vəli oğlu
Məktəb-Valideyn Birliyinin sədri
e-mail:[email protected]