Fəlsəfəmiz
Dünya məktəbinin fəlsəfəsi
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə yiyələnən, vətənini, xalqını sevən, müstəqil və yaradıcı düşünmə qabiliyyətinə malik, biliyini daim artıran, mərhəmətli, dünya mədəniyyətinin bütün zənginliklərinə səylə yiylənən, zəkalı və dünyanı dəyişə biləcək həvəsli gənclər yetişdirməkdir.
Dünya məktəbi inanır ki, Hər bir şagird təkrarolunmaz bir fərddir və onun böyümək, eləcə də emosional, intelektual, fiziki və sosial yetkinliyə çatmaq üçün təhlükəsiz, qayğıkeş və həvəsləndirici bir mühitə ehtiyacı vardır.
Dünya məktəbinin missiyası
Həm şagirdləri, həm də müəllimləri uğura aparacaq mühit yaratmaqdır. Biz şagirdlərə gündəlik həyat hadisələrinə məntiqlə düşünüb cavab verməyi öyrətməyə çalışırıq. Biz istəyirik ki, şagirdlər mənəvi, sosial və akademik bacarıqlarını inkişaf etdirib cəmiyyətə müsbət töhfələr verə bilsinlər.
Dünya məktəbinin məqsədi bütün şagirdlərə bu keyfiyyətləri aşılayacaq sağlam və nizamlı mühit yaratmaqdır:
-
Sahib olduqları bacarıqlardan səmərəli istifadə edərək tənqidi düşünən, problemləri həll edən və nüfuzlu ünsiyyət qabiliyyətinə malik şəxslərə çevrilmək
-
Ən yüksək akademik və şəxsi potensiallarına çatmaq
-
Onları ömür boyu öyrənən şəxslərə çevirəcək bilik və bacarıqları inkişaf etdirmək
-
Mövcud bilik və bacarıqları tətbiq etməklə yeni biliklər qazanmaq
-
Təhsili real həyatla əlaqələndirmək
-
Həyat tərzini yüksəldəcək maraq və fəaliyyət dairəsinə malik olmaq
-
Texnologiyalardan səmərəli şəkildə istifadə etmək
-
Təhsilin növbəti pilləsinə və ya iş həyatına hazır olmaq
-
Məsuliyyətli və məhsuldar dünya vətəndaşlarına çevrilmək
Dünya məktəbinin dəyərləri
-
Şagird kontingentinin müxtəlifliyi və “İcma” anlayışını sözün geniş mənasında dərk etmək
-
Məktəb icmasının hər bir üzvünün töhfəsi
-
Təhsilinin keyfiyyətini yüksəltmək məqsədi ilə müəllim heyətinin qərar vermə, planlaşdırma, proqramın həyata keçirilməsi və qiymətləndirilməsini nəzərdə tutan davamlı, şüurlu, hərtərəfli inkişaf prosesi
-
Məktəb icması tərəfindən özünəhörmət, dürüstlük, əməkdaşlıq, nizam-intizam, məsuliyyət, mərhəmət və qürur kimi keyfiyyətlərin fərdi dəyərlər sisteminin tərkib hissəsi kimi qiymətləndirilməsi
-
Şagirdləri optimal nailiyyətlərə doğru aparan təlim strategiyalarından geniş istifadə
Dünya Məktəbinin Müəllim Andı
And içirəm:
Öz savadımla, davranışımla, geyim mədəniyyətimlə
şagirdlərimə nümunə olacağam.
Şagirdlərimin yüksək davranış mədəniyyətinə,
geniş dünyagörüşünə, dərin biliyə yiyələnməsi,
müstəqil düşünən, yeniliyə can atan
dünya vətəndaşı
kimi yetişməsi istiqamətində
əlimdən gələni əsirgəməyəcəyəm.
Dürüstlüyü, ədaləti onlara təlqin edəcəyəm.
Mən təhsilin keyfiyyətinin yüksəlməsinə
öz töhfələrimi verəcəyəm,
şərəfli müəllim ləyaqətini hər zaman hər yerdə
qoruyacağam!