AZ EN

Olimpiada

Ölkəmizdə istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərin təhsilə, sağlam rəqabətə maraqlarının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər çox önəmlidir.
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbində də bu istiqamətdə maraqlı layihələr həyata keçirilir.
Dünya məktəbinin pedaqoji kollektivi şagirdlərin layihələrə, müsabiqələrə cəlb edilməsi üçün həvəslə çalışır.
2016-2017-ci tədris ilində Dünya məktəbində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI, VII sinif şagirdlərinin iştirakı ilə “Təhsil ağılın simasıdır” adlı riyaziyyat fənn olimpiadası keçirildi. Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırıldılar. Məktəblərarası dostluq əlaqələri yarandı, şagirdlərdə təhsilə maraq yüksəldi.
Dünya məktəbinin müəllim və şagird heyətinin istəyi ilə yenidən eyni adlı olimpiadanın 17 dekabr tarixində keçirilməsi qərara alınmışdır.
“Təhsil ağılın simasıdır” olimpiadasının 2022-2023-cü dərs ilində riyaziyyat, növbəti illərdə isə digər fənlər üzrə təşkil edilməsi nəzərdə tutulmuşdur.
Ümumtəhsil məktəblərinin VII, VIII və IX sinif şagirdlərini bilik yarışmasında iştirak etməyə dəvət edir, onlara uğur arzulayırıq.
Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.
Olimpiada iki mərhələdə keçiriləcəkdir. Olimpiadada iştirak üçün onlayn qeydiyyatdan keçmək lazımdır.
Olimpiadanın birinci mərhələsi 17 dekabr saat 10:00-da başlayır. Bu mərhələdə şagirdlərə 15 test tapşırığı təqdim edilir. Tapşırıqların cavablandırılmasına 150 dəqiqə vaxt verilir. Birinci mərhələdə keçid balını toplamış şagirdlər ikinci mərhələdə iştirak etmək hüququ qazanır.
İkinci mərhələnin keçirilmə tarixi və formatı barədə əlavə məlumat veriləcəkdir.
Olimpiadanın keçirildiyi məkana olimpiada başlamazdan 1 saat öncə gəlmək lazımdır, saat 09:45-dən sonra məktəbə daxil olmağa icazə verilməyəcək. İştirakçılar mütləq şəxsiyyət vəsiqələri ilə gəlməlidirlər. Onlayn qeydiyyatdan keçməyən şagirdlər olimpiadaya buraxılmırlar.

Qeydiyyat

Əlaqələndirici şəxs:
Sayalı Xubanova
+994772741998
[email protected]