AZ EN

Niyə Dünya Məktəbi?

Azərbaycanda ilk özəl ali məktəb olan Xəzər Universitetinin yaradıcısı, professor Hamlet İsaxanlı və həyat yoldaşı Nailə xanım İsayeva Dünya Məktəbini təsis etməklə ölkəmizdə təhsilin inkişafına öz töhfələrini vermişlər. Fəaliyyət göstərdiyi illər ərzində Dünya Məktəbi ən müasir təlim metod və texnologiyalarının tətbiqinə əsaslanıb, dünyanın qabaqcıl təhsil təcrübələrindən faydalanmışdır. Dünya Məktəbi öz fəaliyyətində uğurlu olmaq üçün aşağıda qeyd olunan şərtləri əsas götürür:

- Savadlı və nüfuzlu rəhbər
- Peşəkar müəllimlər
- Həvəsli şagirdlər
- Məktəbə bağlı olan valideynlər
- Təlim standartları
- Ciddi tədris kurikulumu
- Şagirdlərin nailiyyətləri, təlim nəticələri
- Akademik missiya
- Güclü ünsiyyət əlaqələri
- Şagirdlər və işçilər üçün əlverişli mühit

Məktəb şərtlərin tamlığını çox vacib sayır, çünki bir şərtin olmaması uğursuzluğa aparır. Dünya Məktəbində şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, fikirləşməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu yöndə qurulur. Məktəb şagird üçündür. Dünya Məktəbi tədris prosesini təşkil edərkən böyük mahiyyətə malik olan bu sadə həqiqəti əsas götürür.


Dünya Məktəbi haqqında düşüncələr…

Bu gün Dünya Məktəbinin qonağı oldum, uğurları ilə tanış oldum, istedadlı şagirdlərlə bir saatlıq təmasım məndə xoş təəssürat yaratdı. Məktəbin gələcək uğurlara əsas olacaq işləri və layihələri çoxdur. Özünə ziyalı deyən hər bir kəs məktəb ilə təmasdan qaçmamalı, əksinə, ona maddi və mənəvi dəstək verməlidir….
AMEA-nın müxbir üzvü,
kimya elmləri doktoru, prof. Vaqif Abbasov

Dünya məktəbinin yüksək səviyyəli, savadlı, peşəkar müəllim kollektivi və hazırcavab, geniş dünyagörüşlü şagirdləri ilə ünsiyyətdən dərin zövq aldım. Azərbaycan Respublikasının təhsil sistemində öz yeri və öz sözü olan Dünya məktəbinə təhsildə və həyatda böyük uğurlar diləyirəm.
Tarix elmləri doktoru, prof. Solmaz Rüstəmova Tohidi

Məktəbinizə heyran oldum. Böyük əməyiniz, təəssübkeşliyiniz ən ali ödüllərə layiqdir. Azərbaycan elminə, maarifinə verdiyiniz töhfələr əvəzsizdir.
Millət vəkili Jalə Əliyeva

Dünya Məktəbində olan səliqə-səhman, nizam-intizam və təlim-tərbiyə məni heyran etdi. Bu məktəb nümunədir!
Azərbaycan radiosunun hərbi aparıcısı Şəmistan Əlizamanlı

Mən, həqiqətən də, Dünya Məktəbinə heyran oldum. Arzu edirəm, belə məktəblər Azərbaycanın hər yerində, şimalında və cənubunda çoxlu sayda olsun.
Prof. Səbri Təbrizi

Sizi tanımaqdan duyduğum zövqü kəlmələr ilə ifadə etməkdə acizəm. İstər məktəb mühiti, istərsə də müəllim və idarə heyətinin pozitiv enerjisini hiss etməmək mümkün deyil. Hamınıza ən dərin hörmət və xoş duyğularımı bildirmək istəyirəm. Hər zaman var olun və sözün əsl mənasında dünyada 1 nömrəli “DÜNYA MƏKTƏBİ”dir.
Dr.İkram Rüstəmov
Həkim-psixiatr

Хочу поблагодарить весь коллектив школы за приглашение. Экзамены проходят на очень высоком уровне. Спасибо большое за высокий уровень работы, любовь к детям, профессиoнальное отношение и подход ко всем вопросам.
Школа "Dünya" очень красивая и хорошая, желаем только высот во всех начинаниях.
С уважением Гасанова Лала, родительница

17-20 2018-cı yıl ocak tarihleri arasında konuğunuz olduk. Mükemmel ev sahipliğiniz dostluğunuz ve güler yüzünüz için çok teşekkür ederiz. Burada başlayan dostluğumuzun ve paylaşımlarımızın yıllarca sürmesini diliyorum. Lütfen her zaman, her konuda desteğ olacağımıza inanın. Her şey için teşekkür edəriz.
Oya Kerman
İhsan Doğramacı Vakfı Bilkent orta okulu adına

Bu gün Dünya Məktəbinin Elmi Araşdırmalar Mərkəzində iştirakım mənim üçün olduqca sevindirici idi. Uşaqların istedadı məni valeh etdi. Millətin gələcəyinə şərəfli qayğıda bulunacaq kifayət qədər gəncin yetişməsi məni çox sevindirdi.
Şərqşünas-pedaqoq Əbülfəz Səfərəliyev

Bu gün mən imtahan prosesində nəzarətçi kimi iştirak etdim. İmtahanların uğurlu keçirilməsi üçün sinif otaqlarında hər cür şərait yaradılmışdır. Şəffaflıq tam təmin edilmişdir. Nəzarətçi kimi iştirakımdan çox məmnun qaldım.
Məktəb-Valideyn birliyinin sədri Taleh İbrahimov

Bazı insanlar gittikleri yerlerde iz bırakırlar. Bazıları da iş. Ben buradan ayrılırken gönlümde kocaman sevgi dolu izler bıraktınız. Yüreğınizde misafir ettiğiniz için çok teşekkür ediyorum.
DÜNYA sizler gibi sevgi melekleriyle cennete dönüşüyor.
İyi ki varsınız Sevgi Bahçıvanları.
Tehsil uzmanı Alişan Kapaklıkaya
Türkiye-Ankara

Adı gibi Dünya okulunda olmaktan dolayı çok gururluyum. Her kese teşekkür ederim.
Profesör, psikolog Erdem Söylemez
Türkiye