AZ EN

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin əməkdaşları DÜNYA Məktəbində qonaq oldular

22 Dec 2022 | Baki

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin əməkdaşları DÜNYA Məktəbində qonaq oldular.

Bundan öncə DÜNYA TƏHSİL KOMPLEKSİnin əməkdaşları orada olmuş və hər iki məktəb arasında əməkdaşlıq əlaqələrinin qurulması ön plana çəkilmişdi. Görüşün davamı olaraq Biləsuvar Təhsil Kompleksinin müəllimləri DÜNYA Məktəbi ilə tanış oldular, dərslərdə iştirak edərək təcrübə mübadiləsi apardılar.

Məktəbin qonağı olduqları iki gün ərzində onlar ibtidai siniflər bölümündə açıq dərslərdə iştirak etdilər, eyni zamanda, DÜNYA ANA Məktəbində məktəbəqədər təhsilin keyfiyyəti ilə maraqlandılar.

Qonaqlar həmçinin məktəbin təsisçisi, görkəmli pedaqoq Nailəxanım İsayevanın həyat və fəaliyyətini əks etdirən Nailəxanım Muzeyini ziyarət etdilər.

Tövsiyələr