AZ EN

Məzunlar şəxsi istəkləri ilə DÜNYA Məktəbini ziyarət etdilər

21 Dec 2022 | Baki

Məzunlar şəxsi istəkləri ilə DÜNYA Məktəbini ziyarət etdilər. İlk növbədə Nailəxanım Muzeyinə ekskursiya edən məzunlar məktəbin təsisçisi, görkəmli pedaqoq Nailəxanım İsayevanın büstü önündə çiçəklər qoyaraq xatirəsini sevgi ilə yad etdilər. Daha sonra muzeylə yaxından tanış oldular, Xəzər Universiteti və DÜNYA Məktəbinin təsisşisi, Professor Hamlet İsaxanlı ilə görüşdülər. Məzunlar alimə həm onun, həm də Nailəxanım İsayevanın təhsil sahəsindəki xidmətlərinə görə minnətdarlıqlarını ifadə edən üzəri yazılı plaket təqdim etdilər. Plaket məzunlardan bir xatirə olaraq muzeyə qoyuldu.

Görüşdə çıxış edən Professor Hamlet İsaxanlı xoşgəldin sözü ilə söhbətə başladı. O, II Qarabağ Müharibəsində iştirak edən məzunlarımızı xüsusi salamladı, Vətən uğrunda döyüşməyin şərəfindən və iftixarından danışdı.

Məktəbi gəzdikdən sonra son dərəcə isti və səmimi keçən görüş kitabxanada davam etdirildi. Burada məzunlar Nailəxanım haqqında filmi izlədikdən sonra xatirələrini bölüşdülər. Onlar həmin günün şərəfinə tort kəsdilər, çay süfrəsi arxasında Professor Hamlet İsaxanlı və müəllimlərlə söhbətlərini davam etdirdilər.

Tövsiyələr