AZ EN

Hamlet İsaxanlı - 75 və Bahar Festivalı

15 Mar 2023 | Sumqayit

Sumqayıt Dünya Məktəbində professor Hamlet İsaxanlının 75 illik yubileyi münasibətilə alimin elmi, publisistik, bədii yaradıcılığı və quruculuq fəaliyyətinə həsr edilmiş tədbir keçirildi.
Professorun şeirləri, elmi əsərləri, kitablarının məzmununu işıqlandıran müəllim və şağirdlərin Azərbaycan, ingilis və rus dillərində hazırladıqları tədris xarakterli kompozisiyalar qonaqların yüksək marağına səbəb oldu. Xüsusən Hamlet İsaxanlının aktual olan "Mənim Qarabağım və ya Qarabağ düyünü" adlı tədqiqat əsərinin müəllim və şagirdlərin hazırladıqları video versiya ilə təqdimatı tədbirə xüsusi rəng qatdı. Yubilyara ittihaf olunmuş şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgi, eləcə də "Bahar dünya xalqlarının gözü ilə" adlı bayram festivalı tədbir gününü təntənəsi ilə şövqləndirdi.
Sonda qonaqlar, Sumqyıt Dünya məktəbinin müəllim, şagird, valideynlərinə maraqlı tədbir və əlvan festival üçün dərin təşəkkürlərini bildirdilər.

Tövsiyələr