AZ EN

DÜNYA Məktəbində AMO olimpiadasının mükafatlandırma tədbiri keçirildi

26 Jan 2023 | Baki

DÜNYA Məktəbində AMO (American Mathematical Olympiad) olimpiadasının mükafatlandırma tədbiri keçirildi. Tədbirdə Xəzər Universiteti və DÜNYA Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı və yerli qonaqlar, Sinqapur olimpiadasının rəhbər heyəti və professor Henry Oung, Təhsil İnstitutunun əməkdaşları iştirak etdilər. AMO olimpiadasında DÜNYA məktəbindən ümumilikdə 197 şagird iştirak etdi, onların arasında 7 nəfər Qızıl medal, 14 nəfər Gümüş medal, 32 nəfər Bürünc medal və 16 nəfər Fəxri mükafat qazandı. Şagirdlərimizi təbrik edir və gələcək olimpiadalarda uğurlar arzulayırıq.

Tövsiyələr