AZ EN

20 Yanvar

25 Jan 2023 | Sumgayit

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Sumqayıt Dünya məktəbində də şagirdlərə bu günün mahiyyəti haqqında geniş izah verildikdən sonra, 12:00 - da 1 dəqiqəlik sükut elan olunaraq Şəhidlərimizin əziz xatirəsi yad edildi. Mövzuya aid sərgi keçirildi və sərgidə şagirdlərimizin rəsm əsərləri, müxtəlif əl işləri nümayiş olundu. Gələcəyimizin təminatı olan gənc nəslin vətənpərvər ruhda böyüməsi, xalqının hüzn və bir o qədər də iftixar günü olan bu günü daima xatırlaması bizim öhdəliyimizdir.

20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhramanlıq səhifəsi kimi qalıb. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.

Tövsiyələr