AZ EN

Kədəriniz kədərimizdir, Türkiyə!

10 Feb 2023 | Baku

Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir, Türkiyə!

Türkiyə dövlətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirib və ölkəmiz qardaş Türkiyənin dərdinə şərikdir.

Güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə DÜNYA Məktəbinin şagird-müəllim və valideyn heyəti də qardaş ölkəyə yardım və dəstəklərini əsirgəmədilər.

Məktəbdə keçirilən aksiyada hamılıqla iştirak edən kollektiv zərərçəkmişlərə isti geyimlər, yataq dəstləri, ərzaq məhsulları, körpə uşaqlara zəruri olan ləvazimatlar, yığılmış vəsait və dərman ləvazimatları təşkil etdilər.

Tövsiyələr