AZ EN

Hər birimiz bir çiçək!

31 May 2023 | Sumgayit

Yazın güllü- çiçəkli dönəmi ilə səs- səsə verdi Sumqayıt Dünya məktəbinin ibtidai sinif şagirdlərinin "Hər birimiz bir çiçək" adlı təntənəsi. Əsil bayrama döndü. Körpə balaların bir-birindən maraqlı rəqsləri, mahnıları, səhnəcikləri. Onlar sadəcə əylənmədilər, bu dərs ili ərzində əldə etdikləri biliklərini kiçik tədqiqat işləri olaraq təqdim etməyi də unutmadılar. Məktəbin müəllim və şagird heyəti Dünya məktəbinin təsisçisi, görkəmli təhsil işçisi Nailəxanım İsayevanın doğum gününü də xüsusi vurğuladılar və onun əsərlərindən olan "İnciçiçəyi" mahnısını ifa etdilər. Bütün çıxışlar dəvətlilər, valideyn və müəllimlər tərəfindən alqışlarla müşayət olundu.

Tövsiyələr