AZ EN

Olimpiada

Ölkəmizdə istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərin təhsilə, sağlam rəqabətə maraqlarının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər çox önəmlidir.
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbində də bu istiqamətdə maraqlı layihələr həyata keçirilir.
Dünya məktəbinin pedaqoji kollektivi şagirdlərin layihələrə, müsabiqələrə cəlb edilməsi üçün həvəslə çalışır.
2016-2017-ci tədris ilində Dünya məktəbində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI, VII sinif şagirdlərinin iştirakı ilə “Təhsil ağılın simasıdır” adlı riyaziyyat fənn olimpiadası keçirildi. Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırıldılar. Məktəblərarası dostluq əlaqələri yarandı, şagirdlərdə təhsilə maraq yüksəldi.
“Təhsil ağılın simasıdır” olimpiadasının 2022-2023-cü dərs ilində riyaziyyat, növbəti illərdə isə digər fənlər üzrə təşkil edilməsi nəzərdə tutulmuşdur.
Ümumtəhsil məktəblərinin VII, VIII və IX sinif şagirdlərini bilik yarışmasında iştirak etməyə dəvət edir, onlara uğur arzulayırıq.
Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.

Olimpiadasının II mərhələsi 14 yanvar 2023-cü il tarixində saat 10:00-da keçiriləcəkdir. Olimpiadanın birinci mərhələsində 50% və daha yüksək nəticə göstərmiş VII sinif, 40% və daha yüksək nəticə göstərmiş VIII, IX sinif şagirdləri ikinci mərhələdə iştirak etmək hüququ qazanmışlar.

Əlaqələndirici şəxs:
Sayalı Xubanova
+994772741998
[email protected]