AZ EN

Nailəxanım Muzeyi

Nailəxanm İsayevanın xatirəsinə!

2021-ci il aprelin 3-də əvəzedilməz itki ilə üzləşdik.
Ailə və nəslimizin, Dünya Məktəbi və Xəzər Universitetinin, Azərbaycan təhsil ictimaiyyəti və Azərbaycan ziyalılarının sevimlisi, Dünya məktəbi və Xəzər Universitetinin həmtəsisçisi Nailəxanım İsayeva vəfat etdi.
Azərbaycan və dünyanın yaxın və uzaq ölkələrindən, Avropa, Asiya, Amerika, Afrika və Avstraliyadan Nailə xanımı tanıyan görkəmli şəxslər və sadə insanlar dərin hüzn içində mənə başsağlığı verdilər.
Dərdimizə şərik olan hər kəsə minnətdaram.

Nailəxanım məlahətli, xeyrxah, qayğıkeş, enerjili gözəl insan, ana, həyat yoldaşı, qohum, nənə, həmkar və dost idi.
Nailəxanım usta pedaqoq, mahir təhsil təşkilatçısı, istedadlı musiqiçi, yüksək zövq sahibi insan kimi tanınırdı.
Nailəxanım onu tanıyanların qəlbində yaşayacaq.

Nailəxanım İsayevanın müasirlərinə məlum olan parlaq surətini, əvəzsiz xidmətlərini gələcək nəsillərə ötürmək, Nailəxanımın əziz xatirəsini əbədiləşdirmək üçün
Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası aşağıdakı tədbirlərin həyata keçirilməsini qərara alır.
1. Qız və qadınların ali təhsil almasına kömək etmək üçün Nailəxanım fondu və onun verəcəyi Nailəxanım təqaüdü təsis edilsin. Fondun Fondun maliyyə dəstəyi Xəzər Universiteti və Nailəxanımın ailəsi və dostları tərəfindən təmin edilsin.
2. Nailəxanım haqqında dost, həmkar və tanışların yazdığı xatirələr kitabı hazırlansın.
3. Nailəxanımın həyat və fəaliyyətini əks etdirən şəkilli albom-kitab hazırlansın.
4. Nailəxanımın yazdığı musiqilərin fortepiano, vokal və kamera orkestri üçün not kitabı hazırlansın.
5. Nailəxanımın müəllifi olduğu mahnıların tanınmış müğənnilər və qruplar tərəfindən ifası müsiqi albomu şəklində hazırlansın, youtube youtube və digər qaynaqlarda nümayiş etdirilsin.
6. Nailəxanımın həyat və fəaliyyətini əks etdirən videomateriallar sistemə salınsın və yeni tərtibatda filmlər hazırlansın.
7. Dünya məktəbində Nailəxanım Muzeyi yaradılsın.
8. Dünya məktəbində Nailəxanımın büstü qoyulsun.

9. Xəzər Universiteti mədəniyyət mərkəzi Nailəxanım Mədəniyyət Mərkəzi adlandırılsın; orada büstü qoyulmaqla Nailəxanım güşəsi yaradılsın.

Bu məsələlərin həlli üçün məsul şəxslər, qruplar təyin edilsin və icra mexanizmi yaradılsın.

Hamlet İsaxanlı/İsayev,
Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri

Nailə xanımın bəzi şəkilləri
Nailəxanım haqqında seçilmiş fikirlər (müəllifləri göstərilməklə)
Əsas hissə: Muzeyin ümumi təsviri – söz və şəkillərlə (ünvan, sahə, Dünya məktəbi-görüntülər, muzeyin tərkib hissələri, bayırdan və içəridən görüntüləri).
Muzeyin qısa yaradılma tarixi ( + əməyi keçən şəxslər)
Muzeyin açılışı (tarix, şəkillər)
Muzeyin açıq olduğu vaxtlar (günlər, saatlar)

Nailəxanım muzeyi Xəzər Universiteti və Dünya Məktəbinin həmtəsisçisi, pedaqoq və musiqiçi Nailəxanım İsayevanın həyat və fəaliyyətini əks etdirən cürbəcür yazılı sənədlər, müxtəlif xatirə əşyaları və libaslar, abidə və incəsənət əsərləri, foto-şəkillər, şəxsi, pedaqoji və musiqi fəaliyyəti ilə bağlı yazı və kitablar, Nailəxanımın bəstələdiyi mahnıları səsləndirən guşə və fortepiano-royal kimi maddi və mənəvi qaynaqlardan təşkil olunmuşdur.

Muzeyin bir guşəsi tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar haqqındadır. Bu, görkəmli qadınlar haqqında Azərbaycanda ilk və tək muzey nümunəsidir.

Muzeyin giriş foto-şəkil şöbəsi Nailəxanımın uşaqlıq və ilk gənclik illərini əhatə edir. Muzeydə iki sütun-lövhədə, Azərbaycan türkcəsi və ingiliscədə Nailəxanımın həyatı və fəaliyyəti haqqında xronoloji məlumat verilmişdir. Muzeyin ikinci foto-şəkil şöbəsi Nailəxanımın tanınmış həmkar və dostları ilə birgə foto-şəkillərindən təşkil olunmuşdur.

Nailəxanım səliqəli və zövqlü geyimi ilə də fərqlənirdi. Muzeydə onun bəzi geyimləri nümayiş etdirilir, digər geyimləri isə foto-şəkillərdə əksini tapmışdır.

Muzeydə, girişə əks divar önündə, səhnədə Nailəxanımın abidəsi qoyulmuşdur; abidənin müəllifi heykəltəraş Kamran ...dır. Abidə ətrafında Nailəxanımın ailəsi, təhsil üzrə həmkarları və davamçıları barədə foto-şəkil guşəsi yer almışdır.

Muzeydə Nailəxanımın musiqi fəaliyyəti əks olunmuşdur. Giriş qarşısındakı divarın sağ küncündə (girişdən baxdıqda), səhnədə fortepiano-royal yerləşmiş, onun üstündə Nailə xanımın ifası və mahnıları ilə bağlı poetik kitablar, not kitabları və bəzi xatirə əşyaları qoyulmuşdur.

Muzeydə Nailəxanımın bəstələdiyi 8 mahnı ilə bağlı xüsusi guşə yaradılmışdır. Orada bu mahnıların tanınmış müğənnilər tərəfindən ifasını səsləndirmək və mahnılara qulaq asmaq mümkündür.

Nailəxanımın tanınmış bəstəkarlar, pianoçu, müğənni və xanəndələrlə əməkdaşlığını və dostluğunu əks etdirən foto-şəkil guşəsi mahnılar güşəsi ilə yan-yanadır.

Nailəxanımın xatirəsini əbədiləşdirmək üçün nəzərdə tutulmuş ideyalardan biri Nailəxanım Fondunun yaradılması və onun qız və qadınların ali təhsil almaları və elmi araşdırma aparmaları üçün beynəlxalq təqaüd verməsidir. Bu fondun açılışı və ilk təqaüd mərasimi barədə Muzeydə kiçik guşə yaradılmışdır.

Muzeyin qısa yaradılma tarixi
Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının “Nailəxanım İsayevanın xatirəsinə!” adlı qərarı (gün, tarix?) elan olunduqdan sonra ...? ünvanında yerləşən Dünya Məktəbi kompleksində Nailəxanım Muzeyinin yaradılması və birinci növbədə Muzey üçün uyğun yer seçilməsi məsələsi müzakirə olundu. Nəticədə Məktəbin A binasının ikinci mərtəbəsində pilləkənla üz-üzə dayanan güşənin Muzey üçün ən uyğun yer olduğu irəli sürüldü. Lakin bu yer Hamlet İsaxanlı və Afaq xanım Kərimova tərəfindən hazırlanan Nailəxanım Muzeyi konsepsiyası üçün kifayət qədər sahəyə malik deyildi (? m²). Bu halda Dünya məktəbi A binasına giriş qapısı üstündə yerləşən və muzeyin ilkin yeri ilə yanaşı olan açıq sahənin divar və dam vasitəsilə örtülüb mövcud guşəyə birləşdirilməsi fikri yarandı; bu halda Muzeyin sahəsi ? m² oldu. Muzeyin konsepsiya müəllifləri yeni quruluş üzərində işlədilər, daş, kərpic və şüşədən istifadə olunmaqla divar, qapı və pəncərələrin yeri və şəkli formalaşdırıldı. Tikinti layihəsinin hazırlanması və həyata keçirilməsi işi Şahin İsayev və Oktay İsayevə həvalə olundu. Yeniləşmiş Muzeyin qurulması işinə Aygün xanım Gardiner də öz fikir və təklifləri ilə töhfə verdi.

Nailəxanım Muzeyinin yaradılması prosesi qızğın yaradıcı müzakirə şəraitində keçdi. Konsepsiya müəllifləri arasında razılaşmalarla yanaşı fikir ayrılıqları da vardı. Doğru-düzgün yolun müəyyən edilməsi vaxt, səbr, axtarış və enerji tələb etdi. Nailəxanım Muzeyinin qurulması işi bir çox insanın entuziazmı, səyi və zəhməti nəticəsində davam etdi. İsaxan İsaxanlı, Ağa, Kamran, Rafiq Əbdürrəhmanov, Nigar, Nazpəri, Mədinə və digər şəxslər hər biri Nailəxanım Muzeyinin yaradılması üçün həvəslə vaxt ayırdılar və əmək sərf etdilər.

2022-ci il aprel ayının 1-də Nailəxanım Muzeyinin açılış mərasimi keçirildi. Müxtəlif sənət və peşə sahibləri, müxtəlif təşkilatlar üçün ayrı-ayrı açılış-tanışlıq tədbirlərinin həyata keçirilməsi qərarlaşdırıldı.
Nailəxanım Muzeyi həftə içi – 5 gün, saat 10:00 – 17:00 arasında açıqdır. Xüsusi qonaqların xahişi ilə Muzey şənbə günü müəyyən saatlarda açıla bilər.