AZ EN

Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani 9.

Dünya məktəbi 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmışdır.

Şagirdlər məktəbə təhsil aldığı sinfə uyğun fənlər üzrə imtahan verməklə qəbul olunurlar. Müsabiqqədə iştirak etmək üçün onlayn, zəng etməklə və ya birbaşa məktəbə gəlməklə qeydiyyatdan keçmək olar.

Dərslər 08:30-də başlayır, 16:00-da bitir. Günün birinci yarısında əsas dərslər keçirilir, ikinci yarısında şagirdlər verilən tapşırıqlar üzərində işləyirlər.

Siniflərdə şagirdlərin sayı 15-20 arasındadır.

Müəllimlər bir neçə mərhələli müsabiqə yolu ilə seçilir. Məktəbimizdə yüksək ixtisaslı yerili pedaqoqlarla yanaşı, xaricdən dəvət olumuş mütəxəssislər də çalışırlar.

Məktəbimizin öz vahid forması vardır və şagirdlərin məktəbli forması geyinmələri mütləqdir.

Dərsliklər ödənişlidir.

Hər bir sinfə sinif rəhbəri təyin edilir.

Müəyyən tapşırıqlar dərs yükündən asılı olaraq evə qala bilər.

Müntəzəm olaraq tədrisdə geriliyi aradan qaldırmaq üçün fənn müəllimləri əlavə məşğələlər təşkil edirlər.

Azərbaycan və Rus bölmələrində İngilis dili ikinci xarici dil kimi, şagirdlərin seçimi ilə Alman, Çin, Rus dilləri əlavə xarici dil kimi tədris olunur.

Təhsil Mərkəzimizdə şagirdlərin maraq dairələrinə uyğun olaraq dərnəklər, dil kursları, fənlər üzrə dəstək dərsləri təşkil edilir. Bununla yanaşı, SAT, İELTS, TOEFL kursları, abituriyent hazırlığı həyata keçirilir.

Şagirdlərin cari bilikləri müəllimlər tərəfindən həftəlik qiymətləndirilir, məktəbin monitorinq və qiymətləndirmə şöbəsi hər yarımilin sonunda (yanvar, may) fənlər üzrə yekun şifahi və yazılı imtahanlar keçirir.

Dərslər Azərbaycan və Rus bölmələrinin XI, İngils bölməsinin X, XI siniflərində 1 sentyabrda, digər siniflərdə 15 sentyabrda başlayır və iyun ayının sonunda bitir. Tətillər Təhsil Nazirliyinin qərarına uyğun həyata keçirilir.

Məktəbin ingilis bölməsində tədris Beynəlxalq Bakalavr Təşkilatının (IB) ibtidai siniflər proqramı (PYP), orta məktəb (MYP) və Diplom proqramları (DP) əsasında aparılır. Azərbaycan və rus bölmələrinin ibtidai siniflərində də Beynəlxalq Bakalavr Təşkilatının ibtidai siniflər üzrə proqramı (PYP) tətbiq edilir.

Dünya Təhsil mərkəzi tərəfindən “Yay məktəbləri” həm ölkə daxilində, həm də xarici ölkələrdə təşkil edilir.

Şagirdlərin qidalanması məktəb yeməkxanasında həyata keçirilir. Xörəklər yüksək gigiyenik tələblərə cavab verməklə məktəb yeməkxanasında hazırlanır.

Dünya məktəbinin şagirdləri ölkəmizdə və xaricdə keçirilən bilik yarışlarında, müsabiqələrdə və olimpiadalarda iştirak edirlər.

Şagirdlərin asudə vaxtı kitabxanada qiraət etməklə, şahmat oynamaqla, əyləncəli və intellektual oyunlarda, idman yarışlarında və s. iştirak etməklə təşkil olunur.

Məktəbdə mühafizə xidməti vardır və giriş-çıxış turniketlər vasitəsilə tənzimlənir.

Məzunlarımız hər il yüksək nəticələr göstərməklə Azərbaycan respublikasının ali məktəblərinə və bir çox xarici ölkələrin tanınmış universitetlərinə qəbul edilirlər.

IX, X, XI siniflərdə dərslər şagirdlərin ixtisas seçiminə əsasən təşkil edilir.

Qəbul imtahanında yüksək nəticə göstərmiş şagirdlərə müəyyən şərtlər əsasında, istisnalar edilir.

Xeyr, məktəbdə yataqxana imkanı nəzərdə tutulmayıb

Valideynlə məktəb arasında bağlanmış müqaviləyə əsasən məktəbin nizam-intizam qaydalarına əməl etməyən və ya akademik tələbi ödəyə bilməyən şagird məktəbdən xaric edilir.