AZ EN

Türkiyənin İstanbul şəhərində özəl universitetlər və onların nəzdindəki kolleclərdə iş görüşmələri

06 Jan 2023 | Baku

DÜNYA TƏHSİL KOMPLEKSİNİN inkişaf planında qarşıya qoyulmuş məqsədlərdən biri də elm-təhsil, maarifləndirmə sahəsində xüsusi əhəmiyyət kəsb edən beynəlxalq əlaqələri inkişaf etdirməkdir. Bu əlaqələr məktəbin inkişafının əsas göstəricilərindən hesab olunur.

Bu məqsədlə DÜNYA Məktəbi MMC-nin direktoru Nazpəri Bayramova 26 dekabr – 2 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində özəl universitetlər və onların nəzdindəki kolleclərdə iş görüşmələrində iştirak etmiş, tədrisin təşkili, fəaliyyəti haqqında geniş müzakirələr aparmış, auditoriyalarda tələbələrlə, kolleclərdə müəllim və şagirdlərlə görüşərək bu təhsil ocaqlarının iş prinsipləri ilə yaxından tanış olmuşdur.

Görüşlər zamanı bu kolleclərlə DÜNYA TƏHSİL KOMPLEKSİNİN əlaqələrini genişləndirmək, fənn olimpiadaları, hər iki ölkənin tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq üçün bərabər tədbirlər keçirmək, gediş-gəlişlər təşkil etmək kimi mövzularda söhbətlər açılmışdır.

Eyni zamanda, Nazpəri Bayramova Türkiyənin Teknofest (Aviasiya, Kosmos və Texnologiya festivalı) nümayəndəsi ilə görüşmüş, tərəflər arasında DÜNYA Məktəbi ilə əməkdaşlıq haqqında məsələlər danışılmışdır.

Tövsiyələr