AZ EN

Gəncə DÜNYA Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş İncəsənət və İdman Festivalı keçirildi

23 May 2023 | Ganja

Gəncə DÜNYA Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş İncəsənət və İdman Festivalı keçirildi.

21 May 2022-ci il tarixində keçirilən festivalın əsas məqsədi istedadlı şagirdləri üzə çıxarmaq, region məktəbləri arasında elm və təhsil sahəsində mübadilələr üçün şərait yaratmaq, dostluq əlaqələri qurmaq və yeni əməkdaşlıqlara şərait yaratmaq idi.

III mərhələdən ibarət festivalda, 6-18 yaş arası şəxslərin iştirakı üçün hər cür imkanlar yaradıldı. Festival ümumilikdə 11 nominasiya - instrumental ifaçılıq, robotexnika, solo ifaçılıq, mini futbol, voleybol, karate-do, rəsm və rəngkarlıq, inşa, bədii qiraət və aktyorluq, şahmat və rəqs üzrə keçirildi.

Festivalın açılışında Prof. Hamlet İsaxanlı, XƏZƏR Universiteti və DÜNYA Məktəbinin əməkdaşları, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Yazıçılar Birliyi, Gəncə Gənclər Evi və digər təşkilatlardan nümayəndələr, millət vəkilləri, regionun tanınmış incəsənət adamları, məktəb direktorları, məktəblilər və valideynlər iştirak edirdilər.

Məktəblilərin nominasiyalara bölünərək keçdiyi parad, rəqslər, çıxışlar festivalın açılışında böyük təntənə yaratdı.

Festivalda hər iştirakçı fərdi olaraq yalnız bir nominasiya üzrə iştirak edə bilirdi. İkinci mərhələ may ayının sonunda təşkil ediləcəkdir. İkinci mərhələdə fərqlənən iştirakçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Festivalın final mərhələsi isə iyun ayının ilk 10 günlüyündə “Qala gecəsi” formasında təşkil olunacaqdır. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.

Tövsiyələr