İncəsənət studiyası

İncəsənət studiyası - təsviri incəsənət və müxtəlif sənət növlərinin tədrisi, məşğələlərin keçirilməsi üçün müasir tipli rəssamlıq molbertləri, hər cür boyalar, heykəltaraşlıq ləvazimatları, əl işləri üçün vəsaitlərlə təchiz edilmiş tədris məkanıdır. Şagirdlərin böyük maraq və həvəslə işləmələri üçün incəsənət  studiyasında hər cür şərait vardır.

Studiyada müntəzəm olaraq şagirdlərin əl işlərindən ibarət sərgilər, xüsusi mövzularla bağlı rəsm müsabiqələri keçirilir.  Şagirdlərin bədii təfəkkürünün, yaradıcılığının məhsulu olan sərgilərdə,  rəsm müsabiqələrində tanınmış rəssamlar və müxtəlif sənət adamları da iştirak edirlər.