Milli muzey

Dünya Məktəbində poeziyanı, musiqini sevən insanların toplanması üçün milli ruhda təşkil edilmiş muzey diqqəti cəlb edir. Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Xalça təkcə qiymətli əşya deyil, o, həm də sənət əsəridir. Elə buna görə də xalılarla bəzədilmiş milli muzeydə insanın iç aləminə sirayət edən bir mühit yaradılmışdır. Poeziyanın rəmzi olan şam və şamdanlar, cingiltisi ilə GÜNƏŞƏ “çıx!” deyən mis qabların sərgiləndiyi milli muzey şeir və sənət məclislərinin keçirilməsi, muğam ifalarının dinlənilməsi, çay süfrəsi arxasında səmimi söz məclislərinin qurulması üçün nəzərdə tutulub. İnsan ruhunu sənət dünyasının sirli ahənginə qovuşduran milli muzey müəllim, şagird və gələn qonaqların sevimli məkanıdır.

r7