İctimaiyyətlə əlaqələr və Media şöbəsi

İctimaiyyətlə əlaqələr və Media şöbəsinin əməkdaşları hər ay Dünya Məktəbinin həyatını hərtərəfli əks etdirən “DÜNYA” dərgisini nəşrə hazırlayırlar. Bununla yanaşı, məktəbdə tədbirlərin hazırlanması, təşkili, ictimaiyyətə təqdim edilməsi, tanınmış şəxslərin məktəbə dəvət olunması ilə məşğul olurlar. Foto və video çəkilişləri həyata keçirir, keçirilən tədbirlər haqqında məlumatları Facebook səhifəsində, eləcə də digər sosial şəbəkələrdə paylaşırlar. Məktəbə aid olan nəşrlərin hazırlanması və çapa göndərilməsi də bu şöbə tərəfindən həyata keçirilir.