Dünya Məktəbində şagirdlərin həvəsləndirilməsinə xüsusi fikir verilir. Hər bir şagirdin bacarıq və qabiliyyəti üzə çıxarılır, inkişaf etdirilir. İl boyu bilik yarışmaları, fənn olimpiadaları, inşa yazı müsabiqələri, rəsm əsərləri və əl işlərindən ibarət sərgilər və s. təşkil edilir. Qaliblər mükafatlandırılır. Dərs ilinin sonunda hər bir şagird öz spesifik bacarıq və qabiliyyəti sayəsində qazandığı uğurlara görə diplomlarla təltif edilir.
Ədəbi-bədii gecələrin, tematik ekskursiyaların təşkili şagirdlərdə işgüzarlıq, bir-birinə hörmət, məktəbin mənafeyini qorumaq kimi yüksək əxlaqi keyfiyyətlər aşılayır.
Məktəbdə fəaliyyət göstərən Sinifdənkənar Fəaliyyətlər Departamenti şagirdlərin və valideynlərin istəyi əsasında müxtəlif dərnəklər, klublar, kurslar təşkil etmişdir. Günün ikinci yarısında şagirdlər öz seçimləri ilə yüksək səviyyədə fəaliyyət göstərən müxtəlif dərnəklərdə iştirak edirlər ( Daha ətraflı>>).