Kitabxana

Dünya Məktəbinin kitabxanası Azərbaycan, ingilis, rus və bir çox başqa dillərdə olan bədii, elmi ədəbiyyat, lüğət, ensiklopediya, dərslik, dərsliklərə əlavələrlə zəngindir. Kitabxana mütəmadi olaraq dövri mətbuatda dərc olunan jurnal və qəzetləri əldə edir. Kitabxana elektron kataloq xidməti ilə təmin olunmuşdur. Xəzər Universitetinin zəngin kitabxanası ilə sıx əlaqədə olan kitabxanamız eyni zamanda Sumqayıt Dünya Məktəbini də bədii ədəbiyyatla və dərsliklərlə təmin edir. Kitabxanada şair və yazıçılarla tez-tez şagirdlərin görüşləri keçirilir, onların müəllif olduqları bədii ədəbiyyat nümunələrinin müzakirələri aparılır. Şagirdlərin müstəqil işləmələri və araşdırmalar aparmaları üçün kitabxananın oxu zalında hər cür əlverişli şərait vardır. Dünya Məktəbinin kitabxanası müntəzəm olaraq Respublikanın və dünyanın bir sıra kitabxanaları, kitab evləri ilə əməkdaşlıq edir. Yeni kitablar>>