“İnciçiçəyi” salonu

Məktəbimizin geniş və işıqlı “İnciçiçəyi” salonu elmi konfranslar, konsertlər, təntənəli gecələr, tamaşalar və görüşlər üçün nəzərdə tutulub. Modern və zövqlə hazırlanmış, geniş səhnəsi olan “İnciçiçəyi” salonu özünün müasir avadanlığı ilə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün gözəl şərait yaradır. “İnciçiçəyi” salonu il boyu müəllimlərin və şagirdlərin istifadəsindədir.