AZ EN

World Scholar's Cup

06 Feb 2023 | Baki

28-29 yanvar tarixlərində Bakıda keçirilən World Scholar's Cup elm yarışmasında DÜNYA Məktəbinin şagirdləri müvəffəqiyyətlə iştirak etdilər. 2 gün davam edən yarışmanın nəticələrinə əsasən şagirdlərimiz böyük uğur əldə edərək ümumilikdə 1 Kubok, 65 Qızıl medal, 38 Gümüş medal qazandılar. Eyni zamanda şagirdimiz Nərmin Rzayeva Debate Champions nominasiyası üzrə hər kəsi qabaqlayaraq I yerə layiq görüldü. Müvəffəqiyyət əldə edən şagirdlərimiz Qatar, Cənubi Koreya, Tayland və İngiltərədə keçiriləcək qlobal turlarda iştirak hüququ qazandılar. Şagirdlərimizi təbrik edir və qlobal turlarda uğurlar arzu edirik.

Tövsiyələr