AZ EN

Uşaqlar evinə ziyarət

05 Dec 2022 | Baki

DÜNYA Məktəbinin rus bölməsinin VIII sinif şagirdləri C. Məmmədquluzadənin “İki alma” və E. Porterin “Polyanna” əsərlərinin tədrisindən sonra sinifdə hər iki yazıçının ideyalarını müzakirə etdilər. Əsl xoşbəxtliyin nədə olduğunu düşünən şagirdlər bu sual ətrafında oxuduqları əsərlərin müzakirəsini apardılar.

Porterin “Polyanna”sında “Əsl gözəllik qəlb və ruh gözəlliyidir. İnsan qəlbi sadəcə xoşbəxtliklə deyil, xeyirxah işlərlə, mərhəmətlə dolu olmalıdır” və Mirzə Cəlilin “İki alma” hekayəsində “… mənim oğlum iki almasının birisini bir yetim uşağa verdi…” replikaları dərs zamanı geniş fikir mübadiləsinə səbəb oldu.

Müzakirələrin nəticəsi olaraq VIII siniflər əsl xoşbəxtliyin xeyirxahlıqda, insanların bir-birinə diqqət və qayğısında olması haqqında qənaətə gəldilər.

Dərsin davamı kimi şagirdlər müzakirələr zamanı gəldikləri nəticələrin “Ümid yeri” “Uşaqlar Evi”ndə əyani sübutunun şahidi oldular. Geyimlər, kitablar və məktəb ləvazimatları ilə sığınacağa qədəm qoyan VIII-lər 80 nəfər üçün təşkil etdikləri dostluq süfrəsi arxasında özləri də oranın sakinləri ilə birgə əyləşərək xoşbəxtlik hissini yaşadılar.

Tövsiyələr