Dünya IB məktəbinin “İki ölkə, bir hekayə” adlı eTwining layihəsində iştirak edən şagirdləri İstək Bilgə Kağan və Düyər Şəhid Polis Mustafa Kılıç məktəblərinin şagirdləri ilə birlikdə layihənin tələbinə uyğun olaraq müxtəlif türkiyəli və azərbaycanlı yazıçılarla onlayn görüşərək hekayə yazmağın texnikası, mövzu seçimi və digər vacib məsələlər ətrafında müzakirələrdə iştirak edirlər. Həmin silsilə görüşlərin birində şagirdlər aprel ayında azərbaycanlı yazar Günel Eminli ilə həmsöhbət oldular. Görüş zamanı yazıçı ümumi ədəbiyyat və öz yaradıcılığı ilə bağlı kiçik bir yarış təşkil etdi.
Görüşdən bir neçə gün sonra Günel Eminli Libraf kitab mağazasında hədiyyələrin təqdimat mərasimini keçirtdi.