Dünya IB məktəbinin müəllim və şagirdləri “İki ölkə, bir hekayə” e-Twinning layihəsi çərçivəsində Azərbaycanın önəmli bayramlarından olan 28 may Respublika gününü İstanbul İstək Bilgə Kağan və Düyər Şəhid Polis Mustafa Kılıç məktəblərinin müəllim və şagird heyyəti ilə bir yerdə qeyd etdilər. Görüşdə Dünya IB məktəbinin DP1 şagirdləri Cümhuriyyətin qurulması ilə bağlı hazırladıqları təqdimatla iştirakçılara ətraflı məlumat verdilər. Şagirdlər dönəmin hər bir tarixi hadisəsinə uyğun olaraq müxtəlif şeirlər dedilər. Görüş iştirakçıları xalqımızın keçdiyi çətin və şərəfli yolu məktəblilərin dilindən eşitdilər.