“İki ölkə, bir hekayə” adlı eTwinning layihəsi

Dunya IB Məktəbi  İstanbul İstək Bilgə Kağan və Düyər Şəhid Polis Mustafa Kılıç məktəbləri ilə birlikdə 2021-ci ilin yanvar ayından “İki ölkə, bir hekayə” adlanan eTwinning layihəsi üzərində çalışmağa başlamışdır. Bu layihənin əsas məqsədi gənc nəslə milli -mənəvi dəyərlərimizi öyrətməkdir.

 Layihə zamanı türk və azərbaycanlı şagirdlər ortaq yazdıqları hekayələrində qardaşlıq, sevgi, hörmət, empatiya kimi mənəvi əxlaqi  dəyərlərin vacibliyini ələ alırlar. Bu müddət ərzində  şagirdlər eyni zamanda müxtəlif fəaliyyətlərlə də məşğul olurlar.

Egüvənlik, web2 biliklərini hər üç məktəbin müəllimlərinin köməkliyi ilə artıran tələbələr hekayə yazma bacarıqlarını da həm azərbaycanlı, həm də türk yazarlarla görüş zamanı inkişaf etdirirlər. Bu məqsədlə şair, alim Hamlet İsaxanlı və uşaq yazıçısı Almila Aydınla keçirilən görüşlər, xüsusilə, diqqəti cəlb edir. Uşaqların böyük həvəslə davam etdirdikləri layihənin sonunda yazılan bütün hekayələrdən ibarət kitab çap olunması planlaşdırılır. Təşəkkürlər,  eTwinning!