Yay məktəbi

Dünya məktəbində hər il iyun ayında bir və iki həftəlik yay məktəbi təşkil olunur. Bu layihəyə İngiltərənin English in Action dil məktəbindən müəllimlər cəlb olunur, saat 9.00-dan 15.00-dək həftədə 30 saat olmaqla ingilis dilində dərslər təşkil olunur, şagirdlər əyləncəli şəkildə ingilis dilində ünsiyyətdə olurlar.

Dünya məktəbinin şagirdləri hər yay İngilitərə və ABŞ-da yay məktəblərində iştirak edərək həmin ölkələrin mədəniyyəti ilə tanış olur və dil bacarıqlarını artırırlar.