Xəzər Universiteti Dünya Məktəbi Sumqayıtda

sum

İyunun 2-də XƏZƏR Universiteti DÜNYA Məktəbinin Sumqayıt şəhərində açılışı münasibəti ilə şəhər ictimaiyyəti və məktəb rəhbərliyi, müəllim – şagird kollektivi arasında görüş keçirildi. Görüş zamanı XƏZƏR Universiteti DÜNYA Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı çıxış edərək Sumqayıtı daha geniş elm-təhsil ocağı olmağa layiq şəhər kimi dəyərləndirdi. O,bu günkü dünyada mükəmməl təhsil müəssisələrinin çox olmasının əhəmiyyətini vurğulayaraq, bu məqsədlə də orada DÜNYA Məktəbinin açılışına qərar verildiyini bildirdi. Görüşdə xüsusi bədii proqramla iştirak edən XƏZƏR Universiteti və DÜNYA məktəbinin müəllim-tələbə -şagird kollektivi çıxışları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.