Tibbi yardım

Məktəbdə şagirdlərin sağlamlığı həkim nəzarəti altındadır. Səhhətində problem olan şagirdlərə ilkin tibbi yardım göstərilir, valideynlərlə əlaqə saxlanılır, lazımi həkim məsləhətləri verilir. Siniflərdə şagirdlərin gigiyenik qaydalara  əməl etmələri, təmizliyə riayət etmələri hər zaman həkimin diqqət mərkəzindədir.

Şagirdlərə müntəzəm olaraq sağlamlığı qorumaq, ziyanlı vərdişlərə meyl etməmək, yoluxucu xəstəliklər və yoluxucu xəstəliklərdən qorunma yolları haqqında məlumat verilir.

Sağlam həyat tərzinin mahiyyətini şagirdlərə anlatmaq məqsədi ilə tədbirlər keçirilir. Tədbirə həkim valideynlər də dəvət olunur. Onlar da şagirdlərə sağlamlığın qorunması ilə əlaqədar öz məsləhətlərini verirlər.

DSC_6049  hekim