TƏHSİL

Dünya məktəbində tədris prosesinin təşkilinə yeni münasibət,  yeni metodların tətbiqi, şagirdlərin yüksək bilik və bacarıqlara yiyələnməsi sayəsində uğurlar ilbəil artır. Hər il məktəbi bitirən məzunlar yüksək nəticələr göstərərək 100% -lik göstərici ilə respublikamızın universitetlərinə qəbul olunmuşlar. Məzunlar Azərbaycanda aldıqları ali təhsili xarici ölkələrdə,  o cümlədən Koreya,Yaponiya, ABŞ, İngiltərə, Türkiyə və s. ölkələrdə təkmilləşdirirlər. Məktəb məzunlarının səsi, həmçinin ABŞ-ın, İngiltərənin, Türkiyənin və digər ölkələrin tanınmış ali təhsil ocaqlarından gəlir.

Dünya məktəbi Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2013-cü il tarixli sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qalibi olmuşdur.