Valideynlə məktəb arasında bağlanan müqaviləyə əsasən təhsil haqqının ödənilməsi qaydaları

4.1.Məktəbdə hazırda təhsil alan şagirdlər üçün illik təhsil haqqının məbləği aşağıdakı kimi müəyyən edilir:

Azərbaycan, Rus bölmələri üçün

İlkin depozit ödənişi - illik təhsil haqqının 10%-i miqdarında

I – VIII siniflər (Az. və rus böl.) – 7500 (yeddi min beş yüz) manat

IX-XI siniflər (Az. və rus böl.) - 8000 (səkkiz min ) manat

İngilis bölməsi üçün

PYP     I – IV siniflər (İngilis böl.) – 8500 (səkkiz min beş yüz) manat.

MYP   V-IX siniflər (İngilis böl.) - 9200 (doqquz min iki yüz ) manat.

İB Diplom Proqramı X-XI siniflər

Dünya məktəbinin şagirdləri üçün – 10000 (on min)manat

Digər məktəbin şagirdləri üçün – 12000 (on iki  min) manat

4.2. 2019-2020-ci tədris ilindən etibarən təhsil alan şagirdlərin illik təhsil haqqı aşağıdakı kimi müəyyən edilir:

Azərbaycan, Rus bölmələri üçün

İlkin depozit ödəniş - illik təhsil haqqının 20%-i miqdarında

I – VIII siniflər (Az. və rus böl.) – 8000 (səkkiz min) manat.

IX-XI siniflər (Az. və rus böl.) - 8500 (səkkiz min beş yüz) manat.

İngilis bölməsi üçün

PYP     I – IV siniflər (İngilis böl.) – 9500 (doqquz min beş yüz) manat.

MYP   V-IX siniflər (İngilis böl.) - 11000 (on bir min ) manat.

İB Diplom Proqramı X-XI siniflər

Dünya məktəbinin şagirdləri üçün – 12000 (on iki min)manat

Digər məktəbin şagirdləri üçün – 14000 (on dörd  min) manat

Göstərilən illik təhsil haqqı məbləğləri bu müqavilənin 2.9.-cu bəndinə uyğun olaraq məktəb tərəfindən dəyişdirilə bilər.

4.3.Təhsil haqqına məktəbli forması, dərs vəsaitləri, nəqliyyat, dərnəklərin xərcləri daxil deyildir. Bu xərclər valideyn tərəfindən əlavə olaraq ödənilir.

4.4. Yeni şagirdin məktəbə qəbulunun təsdiqlənməsi üçün qəbul imtahanlarının nəticəsi bəlli olduqdan sonrakı 5 iş günü ərzində depozit ödənilməlidir (İllk təhsil haqqının 20%-i miqdarında).

4.5.Şagird məktəbdə təhsilini davam etdirərsə növbəti tədris ili üçün may ayının 1-dək depozit ödənilməlidir. Depozit vaxtında ödənilməzsə, şagirdin adı cari şagird siyahısından çıxarılacaqdır. Valideyn “yeni” şagird kimi ödəniş etməli olacaqdır.

4.6. Təhsil haqqı birdəfəlik, iki hissəli və ya aylıq ödəniş şəklində ödənilir: 

Birdəfəlik ödəniş: Valideyn əvvəlki illərdən məktəbdə təhsil alan şagird üçün mayın 1-dək növbəti tədris ili üzrə təhsil haqqını tam şəkildə ödədikdə, ona ümumi məbləğin 5%-i həcmində güzəşt edilir. Valideyn sentyabrın 1-dək yeni qəbul olunmuş şagird üçün 5 iş günü müddətində təhsil haqqını tam şəkildə ödədikdə, ona ümumi məbləğin 5%-i həcmində güzəşt edilir; 

İki hissəli ödəniş: 20% ilkin depozit ödənildikdən sonra qalan məbləğ ödəniş üçün iki hissəyə bölünür. Ümumi təhsil haqqı ödənişinin 30%-i 25 avqust, ümumi təhsil haqqı ödənişinin 50%-i isə 25 yanvar tarixinə qədər ödənilməlidir. 

Aylıq ödəniş: ödəniləcək təhsil haqqının ümumi məbləğinə 5% əlavə olunur. 20% ilkin depozit ödənildikdən sonra qalan ümumi təhsil haqqı ödənişinin 80%-i 8 hissəyə bölünməklə sentyabr-aprel ayları ərzində hər ayın ilk 5 iş günündə ödənilir.

4.7. Şagird məktəbə I (birinci) yarımil ərzində qəbul edilərsə, gəlmədiyi aylar çıxılmaq şərti ilə hesablanmış ümumi təhsil haqqı ödənişinin 50%-i 1 (bir) iş günü ərzində, digər 50%-i isə 25 yanvar tarixinə qədər ödənilir. Şagird məktəbə II (ikinci) yarımildə qəbul edilərsə, ümumi təhsil haqqı ödənişindən təhsil almadığı ayların ödənişi çıxılmaq şərti ilə 1 (bir) iş günü ərzində ödəniləcək məbləğ tam ödənilməlidir.

4.8. Təhsil haqqı tam şəkildə ödənilmiş şagird sentyabrın 15-dək məktəbdən çıxdığı təqdirdə depozit və ödənilmiş ümumi məbləğin 10%-i geri qaytarılmır.

4.9. Şagird müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) dərslərdə iştirak etmirsə, bu müddət üçün təhsil haqqı ödənilməlidir və ya ödənilmişdirsə, geri qaytarılmır.

4.10. Əgər məktəbə eyni ailədən iki, üç və s. sayda uşaq qəbul olunarsa, ikinci və digər uşaqlara illik təhsil haqqından 500 manat güzəşt olunur (ailənin hər uşağına).

4.11. Məktəbdə təhsil alan şagird ödənişli nəqliyyat servisindən istifadə etmək istəyirsə, nəqliyyat xidməti ofisi ilə əlaqə yaradılır və ödəniş servisin ofisində həyata keçirilir.

4.12. Şagirdin müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) təhsilini  davam etdirməsi mümkün olmadıqda, qabaqcadan ödənilmiş təhsil haqqından məktəbdən azad olunma əmri verilən tarixədək əvvəlcədən ödənilmiş məbləğdən tələb olunan təhsil haqqı çıxılır və qalan hissə valideynin (himayəçinin) müraciətinə əsasən geri qaytarılır. Bu o deməkdir ki, misal olaraq, 3 mart tarixində şagirdin azad olunma əmri verilmişsə, 3 mart tarixinədək tələb olunan təhsil haqqı əvvəlcədən ödənilmiş məbləğdən çıxılır, qalan məbləg  geri qaytarılır.

4.13. Təhsil haqqında müəyyən hallar üçün güzəştlər nəzərdə tutulmuşdur.

N Təhsil haqqına güzəşt halları Güzəşt % və AZN ilə
1 Aztəminatlı ailələrdən olan istedadlı şagirdlərə (Respublika və beynəlxalq olimpiada, layihə qalibləri VI və XI siniflər üzrə )    20%
2 Qarabağ müharibəsi veteranları və şəhidlərin övladlarına (qəbul imtahanında yüksək nəticə göstərərsə və təhsil aldığı illərdə bütün fənlərin nəticələri əla olarsa)   20%
3 Valideynləri iqtisadi cəhətdən təhsil haqqını ödəməkdə çətinlik çəkən, təhsildə və davranışda yüksək nəticə göstərən (bütün fənlər üzrə qiymətləri əla olan) IX, X, XI sinif şagirdlərinə (valideynlərin müraciəti əsasında)   20%
4 Xəzər universiteti və Dünya məktəbində çalışan müəllim və işçilərin övladlarına (ailədən yalnız 1 şagirdə) 20%
5 Bir ailədən 2, 3 və s. şagird məktəbdə təhsil alarsa, II şagirddən başlayaraq hər birinə güzəşt edilir 500 AZN