Tədris planı

Dünya məktəbində fiziki tərbiyə dərsləri təcrübəli mütəxəssislər tərəfindən azərbaycan, rus və ingilis dillərində keçirilir. Şagirdlərin yüksək səviyyəli fiziki hazırlığı ilə bərabər, onlara ruh yüksəkliyi, qələbə əzmi aşılanır.

Gənc nəslin ölkəmizin tarixi, Azərbaycan həqiqətləri, işğal altında olan torpaqlarımız haqqında daha geniş məlumata malik olması cəmiyyətimiz üçün ən aktual məsələlərdən biridir. Dünya məktəbində isə bu istiqamətdə daha fundamental addımlar atılır. Belə ki, Azərbaycanda ilk dəfə olaraq məktəbimizin  VIII siniflərin azərbaycan və rus bölmələrində  ingilis dilində “Qarabağ tarixi” tədris olunur.İngilis dilində hazırlanmış “Qarabağ tarixi” dərsliyinin müəllifi isə məktəbin tarix müəllimi Xaqani Həbibovdur.

“Dünya” məktəbində şagirdlərin əlavə xarici dillərə yiyələnməsinə xüsusi diqqət yetirilir. Məktəbdə ingilis və rus dillərindən başqa alman və çin dilləri də tədris olunur. Çin dilinin daha keyfiyyətli tədrisi məqsədilə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi ilə sıx əlaqələr və əməkdaşlıq qurulub.

Şagirdlərdə bədii-estetik zövqü formalaşdırmaq, incəsənətə maraq aşılamaq məqsədilə məktəbimizdə bu sahədə tanınmış mütəxəssislər tərəfindənonların fərdi seçimi əsasında musiqi, rəqs, rəsm, dram, dərsləri tədris olunur. Ibtidai siniflərdə hər üç bölmə üzrə üç dildə -(azərbaycan, ingilis, rus)  şahmat dərsləri keçirilir.

Bu dərslərin tədrisində əsas məqsəd şagirdlərdə güclü xarakter, məntiq eləcə də psixoloji rahatlıq və özünəinam hissləri formalaşdırmaqdır. Bu dərslər zamanı əldə edilən xüsusi bacarıqların  sonradan istənilən sahəyə tətbiq edilməsi mümkündür. “Şahmat və həyat” dərsləri abituriyentlərin universitetlərə qəbul imtahanları zamanı yüksək nəticələrgöstərməsinə  konkret olaraq kömək edir.