Ekskursiyalar

Dünya məktəbi şagirdlərin dünyagörüşünün genişlənməsi, məlumatlanması və müşahidə qabiliyyətinin artırılması üçün ilboyu ekskursiyalar təşkil edir. Ekskursiyalar müxtəlif istehsalat sahələrinə, sənaye müəssisələrinə, elm və mədəniyyət mərkəzlərinə, zavodlara, muzeylərə yönləndirilir.

Ekskursiyalar iki istiqamətdə həyata keçirilir: Tədrislə bağlı ekskursiyalar və məlumat və gəzinti xarakterli ekskursiyalar.

Məktəb rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir və şagirdlərin bu xüsusda inkişafı üçün hər cür şəraiti təmin edir.