Sumqayıt Dünya Məktəbi

Dünya Məktəbi artıq Sumqayıt şəhərində də fəaliyyətə başlayıb. Sumqayıt Dünya məktəbinə şagird qəbulu davam edir:

  • Məktəbəqədər hazırlıq (5-6 yaş) Azərbaycan, rus, ingilis dillərində
  • Tədris bütün siniflər üzrə Azərbaycan, rus dillərində
  • İB proqramları üzrə tədris ingilis dilində

İB diplomu əldə edən məzunlar dünyanın tanınmış universitetlərində birbaşa bakalavr təhsili almaq imkanı əldə edirlər. Məktəbdə Amerika universitetlərinə qəbul imkanı verən SAT kursları və SAT Test Mərkəzi fəaliyyət göstərir.

Qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər güzəştli ödənişlə təhsil almaq hüququ qazanırlar.

Keyfiyyətli təhsil almaq üçün zəngin kitabxana, müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları və laboratoriyalar mövcuddur. Şagirdlərin hərtərəfli inkişafını təmin edən idman, rəqs, dram, musiqi və digər müxtəlif dərnəklər fəaliyyət göstərir.

Şagirdlər sağlam qidalanır, məktəbə rahat və təhlükəsiz gediş-gəliş üçün avtobus xidməti ilə təmin edilirlər.

Ünvan: Sumqayıt şəhəri, 9 mkrn., Bakı küçəsi, 44-cü məhəllə,

Tel.: (+994 18) 642 30 97

Mob.: (+994 70) 729 25 81

Mob.: (+994 70) 729 25 82

E-mail: sumgait@dunyaschool.edu.az

www.dunyaschool.az

sum