Sosial fəaliyyətlər

Şagirdlərin hərtərəfli şəxsiyyət kimi yetişməsində təhsillə yanaşı, sosial fəaliyyətlər də böyük əhəmiyyət kəsb edir.
Şagird yaradıcılığının, fərdi qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynayan sosial fəaliyyətlər Dünya Məktəbində təhsilin ayrılmaz tərkib hissəsidir. Amerikalı ictimai xadim və filosof Dyuinin dediyi kimi Təhsil sosial həyatın davamı üçün bir vasitədir. Şagird və müəllimlərin birgə səyi nəticəsində təşkil edilən sərgilər, konsert proqramları, layihələr, tanınmış insanlarla görüşlər, teatr tamaşaları, xeyriyyə tədbirləri, şagird mənəviyyatının tərbiyəsində, zənginləşməsində çox dəyərlidir. Dünya Məktəbinin müasir standartlara cavab verən “İnciçiçəyi” salonu bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə gözəl şərait yaradır.