Şagird Birliyi

Şagird Birliyi yaradıcılıq işlərinə meyl və maraq göstərən, liderlik və idarəetmə qabiliyyətini inkişaf etdirmək istəyən, ideyalarla zəngin olan şagirdlərin könüllü birliyidir.

Şagird Birliyinin yaradılmasında məqsəd: 1. Şagirdlərdə liderlik keyfiyyəti və idarəetmə mədəniyyəti formalaşdırmaq 2. Şagirdlərin müstəqilliyini və təşəbbüskarlığını inkişaf etdirmək 3. İntellektual səviyyələrini yüksəltmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək 4. Şagirdləri fəal həyat tərzinə alışdırmaq 5. Şagirdlərin ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək 6. Məktəbin ictimai həyatında fəallıqlarını artırmaq