Rus bölməsi

"Dünya" Məktəbəqədər təhsil proqramının rus bölümündə balacalar onlar üçün ayrılmış müasir kampusda xüsusi hazırlıqlı müəllimlərin köməyi ilə rus dilini ana dili kimi mənimsəyir və bu dildə ətraf aləmi dərk edir, öyrənir və biliklərini artırırlar. Bu məqsədlə aşağıdakı məşğələ növləri ön plana çəkilir:

– Rus dilində nitqin inkişafı – Oxu və yazı üzrə hazırlıq məşğələləri – Sadə riyazi bilik (say, hesab və həndəsi fiqurlar)bagca – Təbiət və həyat bilgisi – İngilis dili (oyunlar vasitəsi ilə) – Rəsm – Nəğmə və musiqi – Oyunlar – Kompüter – Bədən tərbiyəsi – Şahmat

Rus və ingilis dillərində nəğmələr, şeirlər, hekayələr və teatr oyunları proqramı daha da maraqlı və zəngin edir. Rəsm, əmək, səyahət, müşahidə və s. vasitələrin müntəzəm daxil edilməsi təlimi daha da canlandırır və şagirdləri yuxarı siniflərin rus bölümünə hazırlayır.

“Dünya” bağçası və məktəbəqədər təhsil barədə geniş məlumat burada