Şagirdlər üçün

Əziz şagirdlər
Öz yüksək savadınızla, bacarıqlarınızla, gözəl mənəvi keyfiyyətlərinizlə fərqli olun, fərqli düşünün.

1. Dərslərə vaxtında və hazırlıqlı gəlin, gecikməyin.

Məktəbdə olma vaxtı: saat 800-815, 820 səhər idmanı, dərsl başlayır: saat 830.

Bəzək əşyalarından istifadə etməyin.

Məktəbə mobil telefon və smart saatlar gətirməyin.

Pilləkənlərlə aramla,yalnız sağ tərəflə hərəkət edin.

2. Evə getmə vaxtı: I-IV günlər saat 1600, V gün saat 1500.

     Şagird yalnız üzürlü səbəbdən valideynin ərizəsi əsasında evə tez gedə bilər.

3. Üst geyiminizi qarderoba təhvil verin, cəld olun, yoldaşlarınıza mane olmayın.

4. Məktəbə məktəbli formasında gəlin, təmizliyə fikir verin.

5. Məktəbə daxil olarkən salamlaşmağı unutmayın.

6. Kiçik yaşlı şagirdlərə və müəllimlərə yol verin.

7. Dəhlizlərdə qaçmayın, özünüzü təhlükələrdən qoruyun.

8. Sinif yoldaşlarınızla və digər bölmələrin şagirdləri ilə mübahisə edərək dalaşmayın, mehriban və qayğikeş olun.

9. Məktəb əmlakı ilə səliqəli davranın.

10. Yeməkxana qaydalarına əməl edin. Nahar fasiləsindən səmərəli istifadə edin.

11. Məktəb servisindən istifadə edərkən təhlükəsizlik qaydalarına və sakitliyə riayət edin.

12. Hər bir kəsə hörmət və qayğı ilə yanaşın.

13. Keyfiyyətli təhsil üçün daim çalışın, bilik səviyyənizi, dünyagörüşünüzü artırın.

14. Dərs zamanı dərsdən çıxmaq üçün icazə istəməyin. Dərslərarası 5 dəqiqəlik tənəffüsdən düzgün istifadə edin.

15. Sinif otağının təmizliyinə və səliqəsinə fikir verin.

16. Kitabxanada sakitliyi qoruyun, kitablardan və texniki avadanlıqdan səliqəli istifadə edin.

17. Kütləvi tədbirlərdə fəal olun və davranış qaydalarına əməl edin.

18. Gün rejiminizi hazırlayın, evdə diqqət cəlb edən yerdən asın.

20. Xeyirxah əməllərinizlə hər yerdə ətrafdakıların rəğbətini qazanın.

21. Dürüst və ədalətli olun.

22. Səhvlərinizi anlayıb nəticə çıxarın, üzür istəmək lazım gələrsə, üzür istəməyi bacarın.

23. Hər zaman valideynlərinizin və müəllimlərinizin məsləhətlərini dinləyin.


Ziyarətçilər üçün

Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə aşağıdakı qaydalara əməl edilməlidir:

1. Məktəbə daxil olan hər bir valideyn və kənar şəxs şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

2. Valideynlər və kənar şəxslər məktəbdə olduqları müddətdə buraxılış yaxa kartından istifadə etməlidirlər.

3. Valideyn hər hansı səbəbdən övladı üçün icazə istəyirsə, öncədən yazılı müraciət etməli və ya valideynlərlə əlaqə koordinatoruna telefonla müraciət olunmalıdır.

4.  Elektron sistemdə yazılan icazə barədə mühafizə əməkdaşı sistemdə məlumat alır və şagird evə yola salınır.

5. Əgər şagird başqa birisi tərəfindən məktəbdən götürülürsə, mütləq direktor müavininə və ya valideynlərlə əlaqə koordinatoruna yazılı və ya telefonla məlumat verilir.

6. Sinif rəhbəri bu barədə məlumatlandırılır.

Daha ətraflı>>

Övladlarınızın təhlükəsizliyi naminə bu qaydalara ciddi yanaşmaq tövsiyə edilir.