Qarabağ döyünən ürəyimizdir!





Nəğmələr  sərhədlər aşaraq dünyanı dolaşır, könüllər fəth edir. Mahnı var ki, ürəklərə sığal çəkir, mahnı var, şən ovqat yaradır, nəğmə var, insana həmdərd olur, nəğmə də var ki, ruha qida verir, mübarizələrə səsləyir, zəfərlərdən-zəfərlərə uğurlayır. 2020-ci ilin dekabr ayının son günlərində düşmən üzərində qələbəmizə həsr edilmiş "QARABAĞ AZƏRBAYCANDIR" adlı mahnı müsabiqəsinin əsas qayəsi də şagirdlərimizin vətənpərvərlik duyğularını, sevinclərini, düşmən üzərində zəfərimizin iftixarını bölüşmək, paylaşmaq idi. 3 turdan ibarət olan müsabiqənin brinci turunda iştirak edən 40  şagirddən 14 nəfəri  növbəti turlara vəsiqə aldı. Hazırda bu şagirdlər üçün  müəllimlərin dəstəyi ilə mahnılar seçilir , online qaydada məşqlər aparılır , ifaları səsyazma studuyalarında yazılır  və video - çarxlar hazırlanır. Məktəb rəhbərliyi, məktəbin bədii rəhbəri Murad Allahverdi, musiqi müəllimləri Sevda Rəhimova, Mehriban Ramazanovanın göstərdikləri  böyük səy və zəhmətləri sayəsində şagirdlərdə xüsusi maraq yaranmış,  onlar həvəs və fəallıqla bu müsabiqədə iştirak etmişlər. MÜSABIQƏNIN  QƏLƏBƏNIN 1 ILLIYINƏ HƏSR OLUNACAQ  FINAL MƏRHƏLƏSI  ISƏ GƏLƏN IL KEÇIRILƏCƏK.