Məktəbə şagirdlər müsabiqə yolu ilə seçilirlər. Müsabiqədə II- X sinif şagirdlərinin bilik səviyyələri təhsil aldıqları sinfə uyğun yazılı test imtahanı ilə yoxlanılır. Hər bir şagirdin fərdi xüsusiyyətlərini öyrənmək üçün məktəbin psixoloqu valideynlərlə fərdi söhbətlər aparır. Birinci sinfə qəbul olmaq istəyən uşaqlar psixoloji müayinədən və həkim müayinəsindən keçirilir. Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, səlist nitqi və maraq dairəsi əsas götürülür. Məktəbə qəbul ediləcək şagirdlər “Şagird qəbulu üzrə məktəbdaxili komissiya”nın rəyi əsasında müəyyən edilir və məktəb rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Şagird qəbulu üçün tələb olunan sənədlər-
Ərizə
-
4 ədəd fotoşəkil (3x4, rəngli)
-
Doğum haqqında şəhadətnamənin surəti
-
Tibbi arayış
-
Yaşayış yeri haqqında arayış
-
Valideynin iş yeri haqqında arayış
Online Ərizəni buradan göndərə bilərsiniz.