Qəbul qaydaları

Məktəbə şagirdlər müsabiqə əsasında qəbul edilirlər.
Müsabiqədə II-XI sinif şagirdlərinin bilik və bacarıq səviyyələri təhsil aldıqları sinfə uyğun test ilə yoxlanılır.
Hər bir şagirdin fərdi xüsusiyyətlərini öyrənmək üçün məktəbin psixoloqu şagirdlərlə və onların valideynləri ilə fərdi söhbətlər aparır.
Birinci sinfə qəbul olmaq istəyən uşaqlar psixoloq və həkim müayinələrindən keçirilir.
Uşaqların sağlamlığı, normal qavrama qabiliyyəti, səlis nitqi və maraq dairəsi əsas götürülür. Məktəbə qəbul ediləcək şagirdlər “Şagird qəbulu üzrə məktəb komissiyası”nın rəyi əsasında müəyyən edilir.
Müsabiqədə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Bunu məktəbə gəlmək, zəng etmək və ya onlayn qeydiyyatdan keçməklə həyata keçirmək olar. Qeydiyyatdan keç
Şagird qəbul edilərkən tələb olunan sənədlər
• Ərizə
• 4 ədəd fotoşəkil (3x4, rəngli)
• Doğum haqqında şəhadətnamənin surəti
• Tibbi arayış
• Yaşayış yerindən arayış
• Valideynin iş yeri haqqında arayış

Daha ətraflı>>