Pedaqoji təcrübə

10714005_730887096981081_8458485094969206128_oDünya məktəbi Xəzər Universitetində təhsil alan tələbələrin pedaqoji təcrübə mərkəzi kimi də fəaliyyət göstərir.

Məktəbdə pedoqoji təcrübə keçən müəllimlər Xəzər Universitetinin Təhsil Fakültəsində təhsil alan IV kurs tələbələridir. Onlar Azərbaycan dili-Ədəbiyyat, Tarix-Coğrafiya, Kimya-Biologiya, İngilis dili müəllimliyi ixtisasları üzrə təcrübə keçirlər. Təcrübə müddəti 1 ildir.

I yarımildə təcrübəçi müəllimlər dərsləri dinləyir, müşahidələr aparır, dərslərin müzakirəsində iştirak edir, assistent kimi dərsin hər hansı bir hissəsini hazırlayıb müəllimlərə kömək kimi 15 dəqiqə dərsdə fəaliyyət göstərir, tədrisə kömək edirlər. II yarımildə isə artıq onlar dərs nümunələri verirlər. Bu dərslər müzakirə olunur və qiymətləndirilir. İlin sonunda təcrübəçi müəllimlərin ilboyu fəaliyyəti nəzərə alınmaqla pedoqoji təcrübəyə yekun vurulur.