Payız düşərgəsi – English Camp

Dünya məktəbi şagirdlərin payız tətili günlərini maraqlı keçirməsi üçün ingilis dili düşərgəsi English Camp təşkil edir. 100-ə yaxın məktəbli onlar üçün yaradılmış bu fürsətdən yararlanaraq dostlarıyla birgə şən və maraqlı payız tətili keçirirlər. Uşaqlar kampda gündə iki saat ingilis dili məşğələlərinə qatılır, sonra qruplara bölünərək futbol, voleybol, basketbol, tennis, üzguçuluk, gimnastika, şahmat, rəsm və digər əyləncələrlə məşğul olurlar.