Sumqayıt DÜNYA ANA MƏKTƏBİNDƏ xüsusi hazırlanmış tədris materialları ilə balacalarda müstəqillik hissinin inkişafı, özünəinam, sərbəst özünü ifadə etmə bacarıqları inkişaf etdirilir. Əyləncəli oyunlar vasitəsilə uşaqlar informasiyanı daha tez qəbul edir və kollektivlə işləməyə alışırlar. Burada təlim və ünsiyyət Azərbaycan, rus və ingilis dillərindədir.

Sumqayıt DÜNYA Məktəbində şagirdlər daim yenilənən proqramlar əsasında təhsil alırlar. Hər bir şagirdə individual yanaşma, Beynəlxalq Bakalavr Təşkilatının Təlim Proqramına uyğun olaraq hər sinfə aid hazırlanmış tədris materialları şagirdlərdə böyük maraq və həvəs doğurur. Məktəbdə təhsil üç bölmədə – Azərbaycan, rus və ingilis dillərində aparılır.

Aplikasiya dərsi Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr edildi

DÜNYA ANA MƏKTƏBİNİN balaca sakinləri aplikasiya dərslərindən birini Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan 18 OKTYABR – Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr etdilər. Özlərinin hiss və duyğularını rəmzlərlə ifadə edən uşaqlar dövlət bayrağımıza olan sevgi və ehtiramlarını balaca əllərilə hazırladıqları əl işlərində ifadə edirlər…

DÜNYA ANA MƏKTƏBİNDƏ nağıl qəhrəmanları nağıl anlarını yaşatdılar

DÜNYA ANA MƏKTƏBİNDƏ dünya xalqlarının nağıllarının qəhrəmanları balacalara dünyanın ən maraqlı nağıl anlarını yaşatdılar. Hörümçək adam, Tıq-tıq xanım, Maşa ilə Ayı dərslər və məşğələlər arası balacaların görüşünə gəldilər ki, onları əyləndirsinlər. Balacalar o qədər xoşbəxt idilər ki… Başqa bir tərəfdə isə daha fərqli mənzərə vardı Ətraflı …

28 sentyabr saat 16.00-da Dünya məktəbində müəllimlər uçün LİDER MÜƏLLİM mövzusunda təlim keçiriləcəkdir.

Dünya Məktəbində Bilik Fondunun sədri ilə görüş keçirildi

17 sentyabr 2018-ci il tarixində Dünya Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədovla görüş keçirildi. Məktəb rəhbərliyi, müəllimlər və yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə natiq “Azərbaycan Xalq Cümhuruyyəti – Dövlətçiliyimizin bayraqdarı” mövzusunda çıxış etdi. O, Azərbaycanda Ətraflı …