Nailiyyətlər

Dünya məktəbinin şagirdləri region, şəhər, respublika və beynəlxalq müsabiqələrdə iştirak edir, təcrübə və uğur qazanırlar. Yüksək səviyyədə qurulmuş ciddi və tələbkar təhsil sisteminin nəticəsi olaraq, məktəbi bitirən şagirdlər dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirmək hüququ qazanırlar. Təsadüfi deyil ki, məktəb 2012-2013-cü təhsil ilində "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbin şagirdləri hər il müxtəlif fənlər üzrə keçirilən olimpiadalarda, müsabiqələrdə uğurlar qazanır, fəxri yerlər tuturlar.