Milli guşə

Dünya məktəbində söz, poeziya, musiqini sevən insanların toplanması üçün milli ruhlu guşə yaradılmışdır.

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur. Xalça təkcə qiymətli əşya deyil, o sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayılır. Elə buna görə də məktəbin milli güşəsi ilk növbədə xalça və xalılarla bəzədilmiş, muğam, poeziya dünyası, insanın iç aləminə sirayət edən aura yaradılmışdır.

Şeriyyətin, eşqin rəmzi olan ŞAM və ŞAMDANLAR, cingiltisi ilə GÜNƏŞƏ “çıx!” ” deyilən mis qabların sərgiləndiyi milli guşə burada seir və sənət məclislərinin keçirilməsi, muğam ifalarının dinlənilməsi, səmimi çay süfrəsi arxasında söz məclislərinin qurulması üçün nəzərdə tutulub.

İnsan ruhunu sənət dünyasının sirli ahənginə qovuşduran bu məkan hər kəsin rahatlığına xidmət edir.

r7