Məktəb-valideyn assosiyasiyası

Valideynlərlə məktəb arasında əlaqələrin düzgün qurulmasına və hər zaman möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Məktəb-valideyn assosiyasiyasının müntəzəm olaraq toplantıları həyata keçirilir. Bu toplantılar şagirdlərin vəziyyətini ətraflı təhlil etmək, məktəbin işi, qayğıları ilə mütəmadi tanış olmaq, nəticədə bütün məsələləri vaxtında, həm də düzgün həll etmək imkanı verir.