Kurs və dərnəklər

Dünya məktəbində şagirdlərin maraq dairəsini genişləndirən, gələcək planları, arzu və istəklərini reallaşdırmaq məqsədi ilə yaradılan dərnəklər könüllüdür.piano

Uşaqların daha çox sevdiyi və qatıldığı dərnək rəsmdir. Rəsm dərnəyinin 50-dən artıq üzvü var. Üzvlərin rəsm işləri hər il Bakida keçirilən Beynəxalq Rəsm Yarışmasında sərqilənir. Digər sevilən dərnəklər siyahısında gimnastika, şahmat, basketbol və kung fu ön yerləri tutur. Şagirdlərin prioritet verdiyi bu məşgələlərin təlimatçiları milli idman federasiyalarının təcrübəli və peşəkar məşgçiləridir.

Kursların siyahısında İngilis danışıq dili və ümumi İngilis dili hər il özünəməxsus populyarlığını saxlayır. Həftənin istənilən günü kurslarda iştrak etmək olar. İngilis dili vərdişlərinə yiyələnən şagirdlər bu dili istənilən səviyyədə mənimsiyə bilirlər. 

Piano, gitara və skripka dərnəklərində isə uşaqlar çox sevdikləri, həvəslə məşğul olduqları, daha cox öyrənməyə can atdıqları musiqi alətində ifa etməyi öyrənirlər.

Kurs və dərnəklərə yazılmaq üçün Dünya məktəbində Dərnəklər şöbəsinə müraciət etmək olar.

Əlaqə nömrəsi: 055 6265815 (whatsapp)

Online Ərizəni buradan göndərə bilərsiniz.

Bölmə:AzərbaycanRusİngilis

11133893_821482904588166_1418615446932325472_o      swimming